Bank Of Baku

Sudanın sabiq Prezidenti həbsxanadan xəstəxanaya köçürülüb

Ömər əl-Bəşir

© APA | Ömər əl-Bəşir

# 26 aprel 2023 11:47 (UTC +04:00)

Sudanın sabiq Prezidenti Ömər əl-Bəşir həbsxanadan xəstəxanaya köçürülüb.

APA xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, sabiq Prezident aprelin 15-də Xartumda şiddətli döyüşlər başlamazdan əvvəl Kobar həbsxanasından Sudanın paytaxtındakı xəstəxanaya köçürülüb.

Xatırladaq ki, Ömər əl-Bəşir 1989-cu ildən 2019-cu ilin aprelinə qədər Sudana rəhbərlik edib və hərbi çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR