Tanzaniyada sərnişin təyyarəsinin ölkənin şimalında Bukoba şəhər aeroportu yaxınlığında Viktoriya gölünə düşməsi nəticəsində 19 nəfər ölüb.
APA-nın “The Citizen” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Tanzaniya Baş naziri Kasim Macaliva bildirib.
Təyyarənin göyərtəsində 43 nəfər olub. Baş nazir ölənlər arasında sərnişinlər və heyət üzvləri olduğunu açıqlayıb.
***
saat 13.47
Tanzaniyada göyərtəsində 43 sərnişin olan “ATR 42-500” təyyarəsi Viktoriya gölünə qəza enişi edib.
APA-nın xəbərinə görə, bu barədə “NRK.no” portalı məlumat yayıb.
“Precision Air” aviaşirkətinə məxsus təyyarə Dar-es-Salamdan Bukobaya uçurmuş.
Artıq təyyarədə olan 43 nəfərdən 24-ü xilas edilib. Sərnişinlər arasında ölənlənin olub-olmadığı barədə hələlik məlumat verilməyib.
Xilasetmə əməliyyatları davam edir.