Tanzaniyada 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 164 min insanın yaşadığı Kiqoma şəhərindən 25 km cənub-şərqdə yerləşib.
Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.