Bank Of Baku

Toqoda bayram tədbirindən qayıdan uşaqlar partlayışda ölüblər

Toqoda bayram tədbirindən qayıdan uşaqlar partlayışda ölüblər
# 10 iyul 2022 18:58 (UTC +04:00)

Afrika qitəsində yerləşən Toqo Respublikasının şimalında əldəqayırma bombanın partlaması nəticəsində azı 7 uşaq həlak olub.

APA xəbər verir ki, bu barədə bu gün Sinxua agentliyi Savan bölgəsinin səlahiyyətlilərinə istinadən məlumat verib.

"Natiqu şəhərində bir qrup uşaq iyulun 9-da axşam saatlarında bayram tədbirindən evə qayıdırdı", - deyə Sinxua agentliyi administrasiya rəsmisindən sitat gətirib: "Onların gəzintisi zamanı partlayış baş verib". Yeddi ölü ilə yanaşı, daha iki nəfər yaralanıb.

Səlahiyyətlilər baş verənləri araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR