Liviyanın paytaxtı Tripolidə Milli Birlik Hökumətinin rəhbəri Abdelhamid Dbeyba ilə Tobrukdakı parlament tərəfindən seçilən Baş nazir Fəthi Başaqa bağlı qruplar arasında silahlı toqquşmalar zamanı ölənlərin sayı 32 nəfərə çatıb, 159 yaralı var.
APA-nın xəbərinə görə, bu barədə Liviya Səhiyyə Nazirliyi “Facebook” səhifəsində məlumat yerləşdirib.
“Al Jazeera” telekanalı Abdelhamid Dbeyba hökumətinin Fəthi Başaqaya bağlı qüvvələrin Tripolinin qərb rayonlarından çıxarılması ilə bağlı danışıqlar apardığı barədə məlumat yayıb.
Qeyd edək ki, iyunun 26-da axşam saatlarında başlayan döyüşlər ötən gecə dayanıb.
***
saat 10.36
Liviyanın paytaxtı Tripolidə Milli Birlik Hökumətinin rəhbəri Abdelhamid Dbeyba ilə Tobrukdakı parlament tərəfindən seçilən Baş nazir Fəthi Başaqa bağlı qruplar arasında silahlı toqquşmalar zamanı 23 nəfər ölüb, 140 nəfər yaralanıb.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, avqustun 26-da axşam başlayan döyüşlər paytaxtın bir neçə rayonunu əhatə edib.
Ötən gecədən atışmalar dayanıb.
Liviya Səhiyyə Nazirliyi atışmalar zamanı ən azı 6 xəstəxanaya ziyan dəydiyini açıqlayıb. Eyni zamanda paytaxtda bir neçə avtomobil yanıb.