Türkiyə Sudan Respublikasında Sudan Ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında davam edən şiddətli toqquşmaları narahatlıqla izləyir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Müqəddəs Ramazan bayramına yaxınlaşdığımız bu günlərdə qardaş qanının daha çox tökülməməsi və dinc əhalinin zərər görməməsi üçün hər iki tərəfi sakitləşməyə dəvət edirik. Biz inanırıq ki, mövcud problemlərin daimi həllinin yeganə yolu dialoq və barışıqdan keçir”.
Qeyd olunub ki, münaqişədən zərər çəkmiş mülki şəxslərə yardım göstərmək üçün təcili olaraq humanitar atəşkəs elan edilməli və bu baxımdan Türkiyə hər cür dəstəyi verməyə hazırdır.
XİN, həmçinin, Sudandakı Türkiyə vətəndaşlarını öz evləri və ya digər qapalı yerlərdə qalmağa çağırıb.