Türkiyə Sudandan 2 mindən çox şəxsi təxliyə edib.
APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib.
Nazirin sözlərinə görə, Sudanda Türkiyə səfirliyinin yaxınlığında döyüşlər gedir. Buna görə də səfirlik Port Sudana köçürüləcək.