Bank Of Baku

Ukrayna XİN Rusiya ilə birgə dəniz təlimlərinə görə CAR-ı tənqid edib

Ukrayna XİN Rusiya ilə birgə dəniz təlimlərinə görə CAR-ı tənqid edib
# 24 fevral 2023 16:32 (UTC +04:00)

"Ukrayna Rusiya və Çinin Cənubi Afrika Respublikasında keçirdiyi birgə hərbi dəniz təlimlərindən dərin narahatlıq keçirir".

APA xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko yaydığı bəyanatda bildirib.

"Təlimlərdə “Z” və “V” işarələri ilə işarələnmiş Rusiya freqatı iştirak edir. Bu simvollar altında Rusiya ordusu hazırda Ukraynada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədir. Rusiya hərbi gəmiləri isə Ukraynanın şəhər və kəndlərində dinc sakinləri öldürmək və mühüm infrastrukturu məhv etmək üçün istifadə edilən eyni tipli raketləri daşıyır”.

Nazirlik Ukrayna tərəfinin beynəlxalq ictimaiyyət, o cümlədən Afrika ölkələri Rusiyanın təcavüzünü pisləyərkən və müharibəyə son qoymaq üçün Rusiyanın təcridini gücləndirərkən, Cənubi Afrika hökumətinin Rusiyanın döyüş maşınının təcrübəsini mənimsəməyə çalışmasından dərin məyusluq hissi keçirir.

“Ən utancverici məqam isə odur ki, təlimlərin başlaması fevralın 24-nə - bir il əvvəl Rusiyanın Avropanın İkinci Dünyadan bəri görmədiyi bir müharibəyə başladığı günə təyin edilib ", XİN-in yaydığı bəyanatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR