Bank Of Baku

ÜST Afrikada vəba epidemiyası ilə bağlı xəbərdarlıq edib

ÜST Afrikada vəba epidemiyası ilə bağlı xəbərdarlıq edib
# 10 fevral 2023 06:21 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Afrikanın cənub-şərqində vəba epidemiyası vüsət alıb.

APA xəbər verir ki, Malavi Respublikası bu virusla bağlı hazırda tarixindəki ən acınacaqlı dövrü keçirir. Artıq bir ilədək dövr ərzində xəstəlik 1210 nəfərin həyatına son qoyub və 37 minə yaxın infeksiya halı qeydə alınıb. Təxminən 20 milyon əhalisi olan ölkənin 29 rayonunun hamısında xəstəliyə yoluxma halı mövcuddur.

Beynəlxalq qurumdan bildirilib ki, vəba xəstəliyi 1998-ci ildən bu ölkədə endemik xarakter daşıyır, lakin yoluxmalar indiyədək mövsümi olaraq noyabr ayından may ayınadək davam edən tropik yağıntılar dövründə artırdı. Ancaq ötən ilin mart ayından başlayan yoluxma halları quraqlıq dövründə də səngiməyib və dekabr ayında hökumət səhiyyə üzrə fövqəladə vəziyyət elan etməyə məcbur olub.

Həmçinin qeyd edilib ki, Malavidə vəba xəstəliyinin yayılması dünyanın müxtəlif ölkələrində bu xəstəliyə yoluxmaların artması fonunda baş verib və bu da peyvənd, test və müalicə imkanlarının məhdudlaşması, eləcə də bu ölkəyə vaxtında və lazımi dəstəyin göstərilməsinin ləngiməsi ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR