Bank Of Baku

ÜST rəhbəri Sudanda münaqişə tərəflərini tibb müəssisələrinə hücumları dayandırmağa çağırıb

Tedros Adhanom Qebreyesus

© APA | Tedros Adhanom Qebreyesus

# 23 aprel 2023 18:22 (UTC +04:00)

Sudanda münaqişə tərəfləri tibb müəssisələrinə, onların xəstələrinə və işçilərinə hücumları dayandırmalıdır.

APA xəbər verir ki, bu barədə bazar günü ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Twitter-də bildirib.

“Sudandakı tibb müəssisələri, onların işçiləri və xəstələri davamlı zorakılığın hədəfi olmamalıdır. Lakin döyüşlər başlayandan bəri ÜST səhiyyə müəssisələrinə bir neçə ölümcül hücumu təsdiqləyib.

Bu, indi dayandırılmalıdır. Tibbi yardım göstərən və ehtiyacı olan hər kəs heç vaxt hədəfə alınmamalıdır”, - ÜST rəhbəri tvitində yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR