Parlamentin növbəti plenar iclaslarının vaxtı müəyyənləşib

Parlamentin növbəti plenar iclaslarının vaxtı müəyyənləşib
# 06 mart 2019 13:35 (UTC +04:00)

Milli Məclisin növbəti plenar iclaslarının vaxtı açıqlanıb.

ONA-nın əldə etdiyi məlumata görə, parlamentin yaz sessiyasının növbəti plenar iclaslarının martın 15-də və aprelin 2-də keçirilməsi nəzərdə tutulub.

Martın 15-də keçiriləcək iclasda Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə müzakirə ediləcək. İclasın gündəliyi yaxın günlərdə açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR