ABŞ rəsmisi: “İranla bağlı vəziyyətin 6 aydan sonra necə dəyişəcəyi bəlli deyil”

ABŞ rəsmisi: “İranla bağlı vəziyyətin 6 aydan sonra necə dəyişəcəyi bəlli deyil”
# 23 iyul 2015 11:02 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi 6 ay ərzində bu sənədin texniki aspektlərinə baxacaq: “Hələlik sanksiyalar aradan qaldırılmayacaq, bu prosesə altı aydan sonra başlana bilər”.

ABŞ rəsmisi əlavə edib ki, vəziyyətin 6 aydan sonra necə dəyişəcəyi bəlli deyil: “Sözsüz ki, iqtisadi dəyişikliklər olacaq, ümid edirik ki, bu dəyişikliklər müsbət yöndə gerçəkləşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR