İran millisinin baş məşqçisi: "Dünya Kuboku təşkilati baxımdan böyük iş tələb edir"

İran millisinin baş məşqçisi: "Dünya Kuboku təşkilati baxımdan böyük iş tələb edir"
# 11 avqust 2015 11:33 (UTC +04:00)

Tüfəng atıcılığı üzrə qadınlardan ibarət İran milli komandasının baş məşqçisi Laslo Şuşakın apasport.az saytına müsahibəsi

- Artıq iki idmançınız medal qazanıb. Bunu gözləyirdinizmi?

- Yarışa çox yaxşı hazırlaşmışdıq. Çox çalışdıq və bu zəhmətin qarşılığı kimi iki idmançımız pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açmada medal qazanıb.

- Dünya Kuboku ilə bağlı fikirlərinizi bilmək istərdik

- Bilirsiniz, Dünya Kuboku təşkilati baxımdan böyük iş tələb edir. Ancaq gördüyüm qədəri ilə Qəbələdə təşkilatçılar bunun öhdəsindən gələ bilirlər. Həmçinin Azərbaycan xalqının mehribanlığını da vurğulamalıyam.

- Qəbələ Atıcılıq Mərkəzi necədir?

- Çox gözəldir. Burada idmançılar üçün hər cür şərait var.

- Bura hansı hədəflə gəlmisiniz?

- Artıq hədəfimizə çatmışıq. İki medalımız var ki, bunun biri qızıl, biri də bürüncdür. Yaxşı idmançılarımız var. Çox çalışırlar, məşq edirlər. Amma medal qazanan qızlarımız qədər güclü deyillər. Əsas ümidimiz bu qızlara idi. Bu üzdən də hədəfimizi gerçəkləşdirdiyimizi düşünürəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR