Bank Of Baku

“Misir daha yaxşı sabaha doğru” - MƏQALƏ

“Misir daha yaxşı sabaha doğru” - <span style="color: red;">MƏQALƏ
# 29 avqust 2013 09:03 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Misirin Azərbaycandakı səfirliyinin müşaviri Heysəm Cəlal (Haitham Galal) Misirdə baş verən hadisələr, son vəziyyət və ölkənin gələcəyi ilə bağlı “Misir daha yaxşı sabaha doğru” məqaləsi yazıb. Müşavirin APA-ya göndərdiyi məqaləsini oxucularımıza təqdim edirik.

 

“30 iyun və 26 iyul tarixlərində Misir xalqı yeganə qərar sahibi olduğunu, öz gələcəyini təyin etmək və istəklərinə nail olmaq üçün qüdrətə və qabiliyyətə malik olduğunu təsdiq etdi. Dünyaya ən böyük bəşər sivilizasiyası bəxş edən bir xalq,  fərqli tarixi anlarda həmin böyük sivilizasiyadan daha yaxşı gələcəyə doğru öz yolunu  işıqlandırmaq üçün bir mayak yaratmağa qadirdir. Misir ordusu ancaq Misir xalqının ordusudur, orada heç bir dini, irqi, siyasi  meyllər üstünlük təşkil etmir və onu heç bir dini, irqi, siyasi  meyllər də idarə etmir, çünki o vətən ordusudur və bütün səmavi dinlərin, istər yəhudi, istər xristian, istərsə də islam dininin sevgi və həmd-səna ilə zikr etdikləri  mübarək Misir torpağı üçün tarix boyu sipər, qalxan olmağa alışmışdır. Buna görə də ordunun  izdihamlı xalq kütlələrinin iradəsi ilə razılaşması və haqlı olaraq daha yaxşı gələcək uğrunda dəyişikliklər tələb edən  xalqla birləşməsi təbii haldır. Misir xalqı və ordusu arasında öz xüsusiliyi ilə başqalarından fərqlənən, tarixi kökləri olan sağlam bir əlaqə vardır. Müsəlman qardaşlarının yürütdüyü təcrid etmə və səlahiyyətləri ələ alma siyasəti özlərinə  xas olan ideologiyaya əsaslanır ki, bu da tolerantlıq və mötədillik ilə xarakterizə olunan Misir xalqının xarakter və təbiəti ilə ziddiyyət təşkil edir. Müsəlman qardaşları öz mənafelərini və məqsədlərini vətənin mənafeyindən üstün tutdular. Bu ekstremal, ifrat ideologiya Misir dövlətinin bütün orqanlarını, xüsusilə də  ədliyyə, polis, mətbuat və təhsil sahələrini tutmaq və orada sabitləşməyə xidmət edirdi. Bu da iqtisadiyyatın pisləşməsinə və dövlətin maliyyə ehtiyatlarının tükənməsinə gətirib çıxardı. İşsizlik və kasıbçılığın  kəskin şəkildə artmasına və adi vətəndaşın çörək və yanacaq kimi gündəlik tələbatlarını əldə etmələri üçün çətinliklərin artmasına səbəb oldu.

 

Müsəlman qardaşlarının Misir kimi böyük ölkəni idarə etməkdə bacarıqsızlıqları Misir xalqının narazılığına gətirib çıxardı və xalq dərk etdi ki, 25 yanvar inqilabının hədəflərinə nail olunmayıb, əksinə həmin inqilab fikri və əqidə saxtakarlığına məruz qalıb. Buradan da 25 yanvar inqilabının yolunu düzəltmək üçün mühüm addım olaraq 30 iyun inqilabı yarandı və bir daha təsdiq olundu ki, Misir xalqı yaxşı, parlaq gələcək üçün heç vaxt  öz məqsəd, hədəf və istəklərindən əl çəkən deyil.

 

Misirdə demokratikləşməni təsvir edən, xalqın böyük əksəriyyətinin razılığı ilə hazırlanmış hazırkı yol xəritəsinin elementləri həyata keçirilir. Misir dövləti  qanun çərçivəsində milli barışıq üçün səy göstərdi, lakin müsəlman qardaşları Misir xalqını anlamaqda, yaxud onun yaşadığı vəziyyəti və arzuladığı gələcəyi  dərk etməkdə aciz olan bəzi dövlətlərə öz təxribatlarını və böhtanlarını çatdırmaqda  davam etdilər. Misir hökuməti müsəlman qardaşlarının Misirdə həyata  böyük zərər vuran bu aksiyalarını dinc, sülh yolu ilə boşaltmaq üçün bütün cəhdlərini sərf etdi. UNESCO  və “Amnesty İnternational” kimi bəzi beynəlxalq təşkilatların hesabatlarında sözügedən aksiyalarda hüquq pozuntuları, həddini aşmaq, vətəndaşların haqlarının tapdalanması, özlərinin himayəsi üçün uşaqlardan və qadınlardan canlı sipər kimi istifadə etmələri qeyd olunmuşdur. Müsəlman qardaşlarının təşkil etdiyi aksiyalarda açıq-aydın  vətəndaşların və vətənin təhlükəsizliyi təhdid edilirdi. Bu qruplaşma özünün siyasi islam cərəyanından olan tərəfdaşları ilə Sinay yarımadasındakı  təcrid olunmuş qruplaşmaları dəstəkləyərək oranı təcrid və terror mərkəzinə çevirməyə çalışırdılar. Müsəlman qardaşlarının bəzi liderləri Sinayda terror əməliyyatlarının sabiq prezidentin qayıtması üçün olduğunu etiraf etmişdirlər. Buna isə Misir xalqı tamamilə etiraz  edir, müsəlman qardaşlarını və onların fəaliyyətlərini rədd etməkdə israr edirdilər.

 

Misir dövləti uyğun, ağıllı, tədbirli siyasi fəaliyyətlə xalqın artan tələblərinə cavab olaraq, müsəlman qardaşlarının bu mənzərəni xaricə nümayiş etdirmək, özlərini qurban kimi göstərmək üçün ardıcıl təxribatlar törətməklə, təhlükəsizlik (asayiş) qüvvələri ilə aksiyaçılar arasında qarşıdurma yaratmaq cəhdlərinə baxmayaraq, başdan çıxardıqları vətəndaşların qanını axıtmadan bu aksiyanı dağıtmaq üçün səy göstərdi. Sonunda aksiya Misir təhlükəsizlik qüvvələri tərəfindən ən az itki ilə, aksiyanın daxilində həmin qruplaşmanın tərəfdaşlarında (üzvlərində) olan külli miqdarda silahın olmasını nəzərə alaraq ustalıqla və peşəkarcasına dağıdıldı.

 

Aksiya dağıdıldıqdan sonra müsəlman qardaşlarının çirkin üzləri aşkara çıxdı. Onların üzvləri Misirin başqa yerlərində təxribatlara başladılar. Bir neçə xüsusi və ümumi obyektləri yandırdılar, günahsız vətəndaşları, polis nəfərlərini qətlə yetirdilər, təxribat yaratmağa başladılar. Lakin Misir Təhlükəsizlik Qüvvələri böyük xalq dəstəyi ilə onların səylərinə son qoymağa müvəffəqiyyətlə nail oldular. Təhlükəsizlik Qüvvələri Misirin hər yerini nəzarətə aldı və müsəlman qardaşlarının liderlərindən bir neçəsi həbs olundu. Müsəlman qardaşları və  onların tərəfdaşları Misirdə kilsələri yandırmaqla, xristian vətəndaşların mülklərinə təcavüz etməklə ölkədə müsəlman xristian qarşıdurması yaratmağa çalışdılar. Lakin Misir xalqının övladları, istər müsəlmanlar, istərsə də  xristianlar bu qruplaşmanın çirkin planını dərk etdilər və onların hədəflərinə qarşı birləşib həmrəylik göstərdilər. Misir ictimaiyyəti, Müqəddəs Misir torpağına mənsubluluq, məzhəbə, irqə və dini etiqada üstün gəlir.

 

Misirdə bu günlərdə baş  verənlər hər zaman adı tarix və sivilizasiya ilə çəkilən bu böyük xalqın tarixində bir fərqli keçid mərhələsidir. Lakin Misir xalqı tarixi ilə, mədəni irsi ilə, iradəsi ilə adəti üzrə bu mərhələni keçməyə, istək və arzularına uyğun olaraq, parlaq gələcək naminə, tarix və bəşər yaradıcılarından bəhs edən, yeni bir mərhələ başlamağa qadirdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR