Bank Of Baku

“Müsəlman qardaşlar” ayın sonunadək Misirdə hakimiyyəti geri qaytarmaq niyyətindədirlər

“Müsəlman qardaşlar” ayın sonunadək Misirdə hakimiyyəti geri qaytarmaq niyyətindədirlər
# 12 iyul 2013 01:40 (UTC +04:00)

“Bu etiraz aksiyaları heç kəs tərəfindən diktə olunmayıb. Qarşıda üç cümə var və bu müddət ərzində dönüş baş verməlidir... Sabah Qahirədə hamı əlində Misirin bayrağını tutaraq küçələrə çıxmalıdır”, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Mursi tərəfdarları qarşısında çıxışı zamanı “Müsəlman qardaşlar” hərəkatının liderlərindən biri olan Məhəmməd Baltaqi bəyan edib.

 

Devrilmiş prezidentin tərəfdarlarının müddətsiz aksiyaları ölkənin bir sıra şəhərlərində artıq bir həftədir ki davam etdir. 

 

Qeyd edək ki, iyulun 8-də Qahirədə Mursi tərəfdarları ilə hərbçilər arasında baş vermiş toqquşmalarda 53 nəfər ölüb, 400-dən çox insan yaralanıb. Hərəkatın lideri Məhəmməd Badia və “Müsəlman qardaşlar”ın bir neçə yüksək vəzifəli nümayəndəsi insanları toqquşmalara təhrik etməkdə günahlandırılaraq axtarışa verilib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR