Bank Of Baku

“Müsəlman qardaşlar” xalqı üsyana çağırıb

“Müsəlman qardaşlar” xalqı üsyana çağırıb
# 08 iyul 2013 13:22 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə hərəkatın siyasi qanadı – Azadlıq və Ədalət Partiyası bəyanat yayıb. Bəyanat müəllifləri misirliləri tanklardan istifadə edərək inqilabın nailiyyətlərini oğurlamaq istəyənlərə qarşı üsyana səsləyirlər. Hərəkatın açıqlamasında Misirin Suriyaya çevrilməsinə yol verməmək və qan axıdılmasının davam etməsinin qarşısı almaq üçün beynəlxalq ictimaiyyətə çağırış da əksini tapıb. 

 

Qeyd edək ki, iyulun 8-nə keçən gecə Qahirədəki Respublika Qvardiyasının kazarmaları qarşısındakı nümayişin dağıdılması nəticəsində 42 nəfər ölüb, 322 nəfər yaralanıb. Hərbçilərdən isə 1 nəfər ölüb, 40 nəfər yaralanıb. Devrilmiş prezident Məhəmməd Mursinin məhz bu kazarmalarda saxlanıldığı güman olunur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR