Bank Of Baku

“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər

“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər
# 17 avqust 2013 16:46 (UTC +04:00)

Bakı – APA. Misir hakimiyyəti “Müsəlman qardaşlar” islamçı hərəkatının fəaliyyətini qadağan etmək məsələsini nəzərdən keçirir. APA-nın xəbərinə görə, bunu yerli mətbuata müvəqqəti hökumətin mətbuat katibi Şerif Şauki deyib. O bildirib ki, belə bir təşəbbüslə baş nazir Xazem əl-Bibliavi çıxış edib və hazırda bu məsələ müzakirə olunur.

 

Xatırladaq ki, prezident Məhəmməd Mursinin devrilməsindən sonra “Müsəlman qardaşlar” hərəkatı ölkədə geniş miqyaslı kütləvi aksiyalar keçirir. İndiyədək bu aksiyalarda minlərlə adam həlak olub və yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR