Bakı – APA. Misirdə devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının Cümə günü keçirdikləri etiraz aksiyaları zamanı ölənlər arasında “Müsəlman qardaşlar” hərəkatının liderlərindən olan Məhəmməd Badinin oğlu da olub. APA-nın xəbərinə görə, bu barədə “Müsəlman qardaşlar”ın siyasi qanadının “Facebook” səhifəsində məlumat yayılıb. Məlumatda bildirilib ki, Məhəmməd Badinin oğlu Ammar Badi Ramses meydanındakı kütləvi aksiya zamanı aldığı güllə yarasından keçinib.