Bakı-APA. Qahirədə onlarla radikal islamçılar Misirin ən qədim siyasi təşkilatlarından olan “Yeni Vəfd” liberal partiyanın qərargahına hücum ediblər.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onlar qərargahın yerləşdiyi binaya daş, Molotov kokteyli atıblar. Binanı mühafizə edən polis əməkdaşları hücumun qarşısını ala biliblər. Kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub. İğtişaşlar nəticəsində binada olan “Yeni Vəfd"in sədri Fuad Badraui xəsarət alıb. Həmçinin, aralarında polis əməkdaşı olmaqla bir necə nəfər xəsarət alıb.