Bank Of Baku

Misirin müvəqqəti prezidentinin dəftərxanası Məhəmməd əl-Baradeinin baş nazir təyin olması xəbərlərini təkzib edib - YENİLƏNİB

Misirin müvəqqəti prezidentinin dəftərxanası Məhəmməd əl-Baradeinin baş nazir təyin olması xəbərlərini təkzib edib - <span style="color: red;">YENİLƏNİB
# 07 iyul 2013 00:46 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə ölkənin müvəqqəti prezidentinin informasiya üzrə müşaviri Əhməd əl Müslimani bəyan edib.  

 

“Xeyr, onun təyinatı barədə xəbərlər həqiqətə uyğun deyil. Onun namizədliyi ilə bağlı dinləmələr hələ də davam edir.  

 

Qeyd edək ki, ötən gecə yayılan məlumatda qeyd olunub ki, Məhəmməd əl-Baradei keçid Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə Misirin müvəqqəti prezidenti Ədli Mənsur tərəfindən təyin olunub.  

 

**** 23.36

 

Bakı-APA. Misirin keçid Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təyin olunmuş Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri, müxalifət lideri Məhəmməd əl-Baradei ölkənin müvəqqəti prezidenti Ədli Mənsurun qarşısında and içib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, andiçmə mərasimi  Qahirədə yerləşən “Əl-İttihadiyyə” prezident sarayında baş tutub.

 

Məhəmməd əl-Baradei 1942-ci ildə Qahirədə anadan olub. 1997-ci ildən 2009-cu ilədək Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru vəzifəsində çalışıb. O, 2005-ci il Nobel Sülh Mükafatı laureatıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR