Bank Of Baku

Afrika dövlətləri MAR-ın yeni liderini tanımaqdan imtina ediblər

Afrika dövlətləri MAR-ın yeni liderini tanımaqdan imtina ediblər
# 03 aprel 2013 22:10 (UTC +04:00)

Bakı-APA. Afrika dövlətlərinin liderləri üsyançıların lideri Mişel Cotodiyanı Mərkəzi Afrika Respublikasının prezidenti kimi tanımaqdan imtina ediblər. APA-nın Frans Press-ə istinadən verdiyi xəbərə görə, bu barədə regional sammitin yekununda qəbul olunmuş sənəddə bildirilir.

 

Martın 24-də «Seleka» üsyançı koalisiyasının silahlıları MAR-ın paytaxtı Banqini ələ keçiriblər. Üsyançıların lideri Mişel Cotodiya özünü prezident elan edib. Devrilmiş prezident Fransua Bozize isə Kameruna qaçıb. Martın 26-də Cotodiya Konstitusiyanın işlək sayılmadığını, parlament və hökumətin isə buraxıldığını elan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR