APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Məhəmməd əl-Baradei hökumətdə beynəlxalq əlaqələr blokuna nəzarət edəcək.
Məhəmməd əl-Baradei 1942-ci ildə Qahirədə anadan olub. 1997-ci ildən 2009-cu ilədək Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru vəzifəsində çalışıb. O, 2005-ci il Nobel Sülh Mükafatı laureatıdır.