Bank Of Baku

Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri Misir müxalifətinin nümayəndəsi seçilib

Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri Misir müxalifətinin nümayəndəsi seçilib
# 02 iyul 2013 17:39 (UTC +04:00)

Bakı-APA.  Misir müxalifəti BAEA-nın keçmiş rəhbəri Məhəmməd əl-Baradeini hakimiyyətlə danışıqlar aparmaq üçün nümayəndə seçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin “Əl-Əhrəm” xəbər portalı məlumat yayıb.

 

Hakimiyyətlə danışıqlarda Məhəmməd əl-Baradei prezident Məhəmməd Mursinin hakimiyyətinə qarşı “Təmərrüd” (“Üsyan”) şüarı altında çıxış edən qüvvələri əlaqələndirmək üçün yeni yaranan “30 iyun cəbhəsi” siyasi hərəkatını  təmsil edəcək.   

 

Qeyd edək ki, iyulun 1-dən 2-nə keçən gecə “Təmərrüd” hərəkatı prezidentə ultimatum irəli sürərək, ona hakimiyyətdən getməyə bir gün vaxt verib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR