Bank Of Baku

BMT-nin Təhlükəsizlik Şurası Malidə hərbi əməliyyatın aparılmasına sanksiya verib

BMT-nin Təhlükəsizlik Şurası Malidə hərbi əməliyyatın aparılmasına sanksiya verib
# 21 dekabr 2012 00:29 (UTC +04:00)

 

Bakı-APA.  BMT-nin Təhlükəsizlik Şurası Afrika İttifaqının hərbi birləşmələrinin islamçıların və separatçıların nəzarəti altında olan Malinin şimalına daxil olmasına yekdilliklə səs verib.

 

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə qəbul olunan qətnamə layihəsi Fransanın BMT-dəki nümayəndəsi tərəfindən hazırlanıb. Qətnamədə bildirilir ki, BMT Mali hökumətinin öz ərazilərini üsyançılardan azad etməsi yolunda apardıqları tədbirləri dəstəkləməyə hazırdır.   

TŞ bəyan edib ki, ilk növbədə münaqişənin siyasi yolla həll olunmasında irəliləyişə, insanların öz iradəsinin azad şəkildə ifadə etməsinə nail olmaq və Afrika ittifaqının qoşunlarını hərbi əməliyyata hazırlamaq lazımdır.

 Malidə hərbi əməliyyatların 2013-cü ilin sentyabrından tez başlayacağı gözlənilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR