Bakı-APA. Birləşmiş Millətlər Təşkilatı hökumət qüvvələri ilə üsyançılar arasında şiddətli toqquşmaların davam etdiyi Sudanın cənubunda humanitar vəziyyətin ağırlaşması ilə bağlı narahatlıq ifadə edib. APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlar əsasən Sudanın iki ştatında müşahidə olunur: Cənubi Kordofanda və Mavi Nildə.
BMT-nin hesablamalarına görə, münaqişə zonasında 700 minədək insan yaşayır, onlardan çoxu yalnız bitkilərin yarpaqları və kötükləri ilə qidalanaraq aclıqdan əziyyət çəkir.