Bank Of Baku

BMT Konqodakı üsyançılara qarşı yeni sanksiya tətbiq etmək niyyətindədir

BMT Konqodakı üsyançılara qarşı yeni sanksiya tətbiq etmək niyyətindədir
# 21 noyabr 2012 04:56 (UTC +04:00)

 

Bakı-APA. BMT–nin Təhlükəsizlik Şurası Konqo Demokratik Respublikasında üsyançı “23 mart hərakatı”nın (“23M”) buraxılmasını tələb edən qətnamə qəbul edib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  TŞ-nin bu gün keçirilən iclasında “23M” döyüşçülərinin bu gecə Konqonun şərqində yerləşən Qomo şəhərini ələ keçirməsi yekdilliklə pislənilib.

 

BMT “23M” üsyançılardan Qomo şəhərindən çıxmağı və Simalı Kuvi əyalətinin içərisinə doğru hərəkəti dayandırmağı tələb edib.

 

BMT üsyançılara qarşı yeni sanksiyaların tətbiq olunmasını nəzərdən keçirəcək. Bunlara “23M” silahla təmin edən ölkələrə qarşı sanksiyalar, üsyançıların iki komandirinin hərbi cinayətkar elan olunması və sair daxildir.

 

İclasda çıxış edən Konqo nümayəndəsi bildirib ki, ölkədəki vəziyyəti qonşu Ruanda gərginləşdirir. Onun sözlərinə görə, Ruanda üsyançıları silahlandırır. Ruanda nümayəndəsi isə bu ittihamları əsassız adlandırıb .

 

Xatırladaq ki, Fransanın BMT-dəki  nümayəndəsinin təşəbbüsü ilə  Konqodakı vəziyyət noyabrın 18-də BMT–nin Təhlükəsizlik Şurasının fövqəladə iclasında  müzakirə olunmuşdu.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR