Bakı-APA. BMT ilin sonunadək Maliyə 12 min sülhməramlı göndərəcək. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu xəbəri BMT-nin Təhlükəsizlik Şurasında təsdiqləyiblər. Məlumata görə, sülhməramlıların birinci qrupunun artıq iyulun 1-də işə Maliyəgöndəriləcəyi gözlənilir.
Xatırladaq ki, Afrika ölkəsində sülhməramlı funksiyalarını keçən ilin yanvarından Fransa hərbçiləri həyata keçirir.
Fransa ordusunu keçmişdə müstəmləkəsi olmuş Maliyə üsyançıların hücumunun dəf etmək məqsədilə göndərilmişdi. BMT sülhməramlılarının gəlməsinə baxmayaraq, Fransa Malidə ən azı 1000 nəfər hərbçisini saxlamaq niyyətindədir.