Bakı-APA. Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda ABŞ prezidenti Barak Obamanın ölkəyə səfərinə etiraz edən aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis etiraz aksiyasının yatırılmasında səs qumbaralarından istifadə edib.
Məlumata görə, toqquşmalar Barak Obama Nelson Mandellanın qohumları ilə görüş keçirərkən baş verib.