Bakı-APA. Əlcəzairin xüsusi xidmət orqanları “İslam Məqribində Əl-Qaidə” qruplaşmasının liderinin müavinini və 3 terrorçu islamçının öldürüldüyünü elan edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, terrorçular iyulun 21-nə keçən gecə Buira əyalətində həyata keçirilmiş reyd zamanı zərərsizləşdiriblər.
Xüsusi xidmət orqanların nümayəndələri həmçinin bildiriblər ki, öldürülən terrorçuların üzərindən böyük məbləğdə pul aşkar edilib. Bu pulların girov götürülən şəxslərin azadlığa buraxılması üçün alındığı ehtimal olunur.
“İslam Məqribində Əl-Qaidə” qruplaşması ölkənin cənubundakı Sahel bölgəsində daha geniş fəaliyyət göstərir.