Bank Of Baku

Əlcəzair DİN-i antiterror əməliyyatın nəticələrini açıqladı: 23 girov və 32 silahlı öldürülüb

Əlcəzair DİN-i antiterror əməliyyatın nəticələrini açıqladı: 23 girov və 32 silahlı öldürülüb
# 19 yanvar 2013 23:28 (UTC +04:00)

Bakı-APA. Terrorçuların Əlcəzairin cənub-şərqində yerləşən qaz kompleksinə hücumu nəticəsində 23 girov həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzair DİN-i açıqlama verib.     

 

Xüsusi təyinatlıların və jandarmların apardıqları əməliyyat nəticəsində 32 terrorçu qətlə yetirilib. Ölməmişdən öncə onlar girov saxladıqları şəxsləri edam etməyə macal tapıblar.

  

Terrorçuların zəbt etdikləri kompleksdən 685 əlcəzairli və 107 xarici vətəndaşı azad etmək mümkün olub.   

 

Bundan başqa hərbçilər terrorçulara məxsus xeyli sayda silah sursat ələ keçiriblər – 6 ədəd avtomat tipli tüfəng, 21 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd optik cihazla təchiz olunmuş snayper tüfəngi, tank əleyhinə qumbaraatanlar, çoxlu sayda mobil raket qurğuları, əl qumbaraları və s.        

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR