APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, onlardan ABŞ, Böyük Britaniya, İrlandiya, Yaponiya, Fransa, Norveç daxil olmaqla 41-i xarici ölkə vətəndaşıdır. Daha əvvəl 30 nəfərin əsirlikdən qaçdığı deyilir. Bəzi ehtimallara görə, islamçılar əlcəzairli əsirləri özləri buraxıblar, onların əsas məqsədi xarici işçiləri saxlamaq olub. Hazırda qaz kompleksi onu zəbt edən şəxslərlə birlikdə Əlcəzair Ordusu tərəfindən mühasirəyə alınıb. Lakin 20-yə yaxın şəxsdən ibarət qrupun çox yaxşı silahlandığı bildirilir.
Qruplaşma üzvləri hər hansı bir müdaxilə zamanı əsirlərinin hamısını öldürəcəkləri ilə hədələyirlər. Onların nə istədikləri hələ ki, tam məlum deyil. Lakin ehtimal edilir ki, onlar Malidə xarici hərbi müdaxilən dayandırılmasını tələb edirlər.