Bank Of Baku

Əlcəzairdə girovların azad edilməsi əməliyyatı sona çatıb

Əlcəzairdə girovların azad edilməsi əməliyyatı sona çatıb
# 17 yanvar 2013 22:31 (UTC +04:00)

Bakı-APA. Əlcəzairdə qaz kompleksində girov götürülmüş insanların azad olunması məqsədi ilə keçirilmiş hərbi əməliyyat sona çatıb. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV-lər rəsmi şəxslərə istinadən xəbər yayıb.   

Girov götürülmüş şəxslərin taleyi barədə dəqiq məlumat verilmir. Əlcəzair KİV-lərinin təsdiq olunmayan məlumatlarına görə, əməliyyat zamanı iki britaniyalı və iki filippinli həlak olub. Tibb müəssisələrinə yeddisi əcnəbi olmaqla 13 azad olunmuş girov yerləşdirilib. Əcnəbilərin vətəndaşlığı barədə məlumat verilmir.

Xatırladaq ki, yanvarın 16-da terrorçular qaz kompleksini zəbt edərək, çoxlu sayda insanı girov götürüblər. Girov götürülmüş şəxslər arasında 41 xarici vətəndaş da olub. Yanvarın 17-də silahlılarla aparılmış danışıqlar nəticəsində 600-dək əlcəzairli girov azad olunub. Azad olunmuş şəxslər arasında dörd xarici vətəndaş da olub, onlardan biri İrlandiya vətəndaşı olduğu bildirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR