APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 15 terrorçu öldürülüb.
Qeyd edək ki, yanvarın 16-da “Qanla imza atanlar” adlı qruplaşmanın onlarla silahlı üzvü Əlcəzairin cənub-şərqindəki təbii qaz yataqlarında çalışan neftçilərin qaldığı yaşayış kompleksinə hücum edib. Terrorçular ABŞ, Fransa, Britaniya, Norveç, Yaponiya, Filippin və Malayziyadan olan 40-a yaxın işçini, eləcə də 150-yə yaxın əlcəzairlini girov götürüb. Radikal islamçı qrup Əlcəzair həbsxanalarındakı islamçıların azad edilməsi və xarici ölkə hərbçilərinin Malidən çıxarılması şərtini irəli sürüblər.