Bakı-APA. Əlcəzair ordusunun birləşmələri Əş Şəlif və Bumərdəs vilayətlərində iki gün davam edən hərbi əməliyyatlarda 3 ən təhlükəli cinayətkar daxil olmaqla 12 silahlını məhv edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzairin müdafiə nazirliyinin bəyanatında deyilir.
Agentliyin məlumatına görə, ölkənin paytaxtı Əlcəzair şəhərindən 50 km şərqdə yerləşən Burmərdəs vilayətində “Əl Qaidə” terrorçu təşkilatı ilə əlaqəli bir neçə silahlı qruplaşmalar fəaliyyət göstərir.