Bakı-APA. Əlcəzairdə xüsusi təyinatlılar ölkənin cənub-şərqində qaz kompleksini zəbt etmiş islamçılara qarşı aparılan əməliyyatın yekun mərhələsini həyata keçiriblər.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Əlcəzair və bir sıra başqa dövlətlərin KİV-ləri ordu komandanlığa istinadən xəbər verirlər ki, yekun həmlə nəticəsində 11silahlı öldürülüb.
İslamçılar girovda qalmış 7 əcnəbini edam ediblər.