Bank Of Baku

Əlcəzairdə keçirilən xüsusi əməliyyatda 12 girov həlak olub

Əlcəzairdə keçirilən xüsusi əməliyyatda 12 girov həlak olub
# 19 yanvar 2013 00:41 (UTC +04:00)

Bakı-APA. Əlcəzairin İn-Amenasdakı neft-qaz kompleksində keçirilən antiterror əməliyyatının gedişində 12 nəfər girov həlak olub. Bu barədə Əlcəzairin Algerie Presse Service (APS) dövlət informasiya agentliyi məlumat yayıb. Daha öncə 35 girovun öldüyü bildirilirdi.

 

Ölən girovlar arasında xaricilər də var. Hadisənin gedişində 18 terrorçu da məhv edilib. Terrorçuların əlində yenə də girovlar var. Onların sayı bilinmir. Terrorçuların məhv edilməsi əməliyyatı davam edir.

 

Terrorçular qonşu Malidə islamçılara qarşı aparılan əməliyyatın dayandırılmasını tələb edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR