Bakı-APA. Fransa XİN rəhbəri Loran Fabius Afrika dövlətlərini Liviyanın cənub hissəsindən region ölkələrinə gəlmiş islamçılara qarşı birgə müqavimət göstərməyə çağırıb.
APA-nın “BBC”yə istnadən verdiyi xəbərə görə, Fransa XİN rəhbəri bu bəyanatla Nigerdə çıxış edib. Xəbər verildiyi kimi, ötən həftə bu ölkədə böyük ehtimalla Liviyadan gəlmiş terrorçu kamikadzelərin törətdikləri partlayışlarda 24 hərbçi həlak olub.
Qeyd edək ki, Müəmmar Qəddafinin ölümündən sonra Tripolidəki yeni hökumət Liviyanın cənub hissəsinə nəzarəti itirib.