Bakı-APA. Fransa Malidə növbəti hərbi əməliyyata başlayır. APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Əl Ərəbiyə telekanalı məlumat yayıb.
Məlumata görə, Fransa hərbçiləri BMT hərbçiləri ilə birlikdə radikal islamçıların silahlı dəstələrinə zərbə endirməyə hazırlaşır.
Yeni əməliyyatın aparılmasına səbəb BMT-nin 2 sülhməramlısının ölümünə səbəb olmuş terror aktı olub.
Bir müddət əvvəl Mali hökuməti və tuareqlər arasında sülh danışıqlarının bərpa olunduğu bildirilirdi. Məlumata görə, islamçılar danışıqların bərpa olunmasına qarşı çıxış edirlər.