Bank Of Baku

Fransa ordusu Malidə 30 nəfərdən çox yaraqlı öldürüb

Fransa ordusu Malidə 30 nəfərdən çox yaraqlı öldürüb
# 21 fevral 2013 19:38 (UTC +04:00)

Bakı-APA. Fevralın 18-də Malinin şimal şərqindən islamçıların çıxarılmasına hesablanmış “Panter-4” hərbi əməliyyat hələ də davam edir. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Fransa ordusunun baş qərargahının rəsmi nümayəndəsi Tyeri Bürkar açıqlamasında bildirib ki, qeyd olunan regionda fransalı hərbçilər ən azı 30 yaraqlı məhv ediblər.

 

“Ərazinin silahlılardan təmizlənməsini nəzərdə tutan əməliyyat davam edir. İrəliləmə var”, deyə o qeyd edib. Fransalı hərbçilər hal-hazırda Tessalit şəhərindən (Kidal vilayəti) 50 km cənubda əməliyyat həyata keçirir.  

 

Onun sözlərinə görə, fevralın 19-da, əməliyyatın birinci mərhələsində, 20 silahlı öldürülüb. Ötən gün isə ən azı 10 silahlı məhv edilib. Baş qərargahın nümayəndəsi qeyd edib ki, Fransa Hərbi-Hava qüvvələri silahlıların 4 avtomobilini və bir zirehli hərbi maşınını sıradan çıxarıb. “Panter 4” əməliyyatına qırıcı təyyarələr və döyüş helikopterləri də cəlb olunub.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR