Bakı-APA. Fransa prezidenti Fransua Olland Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı ordunun Malidə həyata keçirəcəyi əsas vəzifələrini açıqlayıb.
“Bizim əsas məqsədimiz terror təcavüzünü dayandırmaqdan ibarətdir. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Olland həmçinin Malinin paytaxtı Bamako şəhərinin təhlükəsizliyini və ölkənin ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini də qeyd edib. O bunu Malinin paytaxtı Bamako şəhərində minlərlə fransalının yaşaması ilə əlaqələndirib.
“Biz əmin olmalıyıq ki, bizim müdaxiləmiz bitdikdə, Malidə təhlükəsizlik və legitim hakimiyyət təmin olunacaq”, deyə Olland qeyd edib. Fransa prezidenti əlavə edib ki, hərbi müdaxilə “nə qədər lazımdırsa, o qədər də davam edəcək”. O qeyd edib ki, yaxın günlərdə Maliyə əlavə ordu birləşmələri göndəriləcək.