Bank Of Baku

Hüsni Mübarəkin ailəsi 150 milyon dollardan çox büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur

Hüsni Mübarəkin ailəsi 150 milyon dollardan çox büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur
# 05 mart 2013 20:43 (UTC +04:00)

 

Bakı-APA. Misir İnzibatı Məhkəməsinin Təftiş Komitəsi Hüsni Mübarəki və onun iki oğlunu 150 milyon dollardan çox büdcə vəsaitlərini mənimsəməkdə ittiham edib.  

 

 “Əldə olunmuş yeni dəlillər onu təsdiqləyir ki, Hüsni Mübarək və onun iki oğlu Camal və Əli şəxsi məqsədləri üçün bir milyard funtdan çox (150 milyon dollardan çox) büdcə vəsaitlərini mənimsəyiblər”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misir İnzibatı Məhkəməsinin Təftiş Komitəsinin martın 5-də yaydığı bəyanatda deyilir.   

 

Məlumatda qeyd edilir ki, Hüsni Mübarək və onun iki oğlu uzun illər ölkədə fəaliyyət göstərən korrupsiya sxeminin iştirakçısı olub. Ölkə başçısının iqamətgahlarının təmiri və bərpasına ayrılan büdcə vəsaitləri təyinatı üzrə xərclənmək əvəzinə, Mübarəkin ailəsinin şəxsi hesablarına yönəldilib. Təftiş orqanlarına isə görülmüş işlər barədə saxta sənədlər təqdim olunub. Əldə olunmuş vəsaitlər keçmiş prezident və onun ailə üzvləri tərəfindən daşınmaz əmlakın alınması və tikintisinə sərf olunub.       

 

Yeni cinayət işi üzrə materiallar Baş prokurorluğa təqdim olunub. Təftiş Komitəsinin bəyanatında bildirilir ki, yaxın günlərdə Mübarəkin və onun yaxın ətrafının korrupsiya əməlləri barədə əlavə məlumatlar ictimaiyyətə təqdim olunacaq. Məlumatda qeyd olunur ki, bu “Misir cəmiyyəti üçün gözlənilməz sürpriz olacaq”.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR