Bank Of Baku

Hüsnü Mübarək 150 milyon dollar büdcə vəsaitini mənimsəmə ittihamı üzrə həbsxanada qalacaq

Hüsnü Mübarək 150 milyon dollar büdcə vəsaitini mənimsəmə ittihamı üzrə həbsxanada qalacaq
# 20 aprel 2013 18:16 (UTC +04:00)

Bakı-APA. Misirin Apelyasiya məhkəməsi aprelin 20-də sabiq prezident Hüsnü Mübarəkin korrupsiya ilə bağlı iş üzrə həbsdən azad olunması barədə qərar çıxarıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı  Misirin “Əl Əhrəm” qəzeti dərc edib.

 

Buna baxmayaraq, Hüsnü Mübarək azadlığa çıxa bilməyəcək, çünki o 150 milyon dollar büdcə vəsaitlərini mənimsəməkdə də günahlandırılır.

 

İttihama görə, ölkə başçısının iqamətgahlarının təmiri və bərpasına ayrılan büdcə vəsaitləri təyinatı üzrə xərclənmək əvəzinə, Mübarəkin ailəsinin şəxsi hesablarına yönəldilib. Təftiş orqanlarına isə görülmüş işlər barədə saxta sənədlər təqdim olunub. Əldə olunmuş vəsaitlər keçmiş prezident və onun ailə üzvləri tərəfindən daşınmaz əmlakın alınması və tikintisinə sərf olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR