Bakı-APA. Misir prokurorluğu ölkənin keçmiş prezidenti Hüsnü Mübarəki səhhətinin yaxşılaşması ilə əlaqədar hərbi hospitaldan həbsxanaya qaytarılmasına dair göstəriş verib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Hüsnü Mübarək son 10 ayda ilk dəfə olaraq kütlə arasına çıxıb. O məhkəməyə gələrkən gümrah olub, tərəfdarlarını gülümsəyərək salamlayıb.
Qeyd edək ki, iki il əvvəl nümayişçilərin qətlində ittiham olunan Hüsnü Mübarəkə qarşı növbəti məhkəmə prosesi mayın 12-də start götürəcək.