Bank Of Baku

İsveçrə Hüsni Mübarəkin oğlanlarının hesablarını dondurub

İsveçrə Hüsni Mübarəkin oğlanlarının hesablarını dondurub
# 31 dekabr 2012 02:42 (UTC +04:00)

Bakı-APA. İsveçrə hökuməti Misirin keçmiş prezidenti Hüsni Mübarəkin oğlanlarının Credit Suisse maliyyə qurumunda olan 227 milyon avroluq (300 milyon dollar) hesablarını dondurub. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir.

 

Söhbət hazırda Misirdə həbsxanada olan Əli və Camal Mübarəklərin hesablarından gedir. Qardaşlar atalarının yüksək vəzifəli mövqeyindən istifadə edərək gəlir və sərvət əldə etməkdə günahlandırılırlar.  

 

«Matin Dimanche» qəzetinin məlumatına görə, qardaşlar Credit Suisse bankında 2005-ci ildə çoxmilyonluq hesablar açıblar. Qəzet Fransanın BNP Paribas bankının İsveçrə şöbəsində eks-prezident Mübarəkin yaxın adamlarının hesablarının dondurulduğunu yazıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR