Bank Of Baku

Kamerunda 7 fransalı turist girov götürülüb

Kamerunda 7 fransalı turist girov götürülüb
# 19 fevral 2013 22:15 (UTC +04:00)

 

Bakı-APA. Kamerunda fevralın 19-da yeddi nəfər fransalı turist girov götürülüb. Onların girov götürülməsi faktını Fransa prezidenti Fransua Olland təsdiq edib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, prezident qeyd edib ki, insidentin bütün təfərrüatları hələlik məlum deyil. Əldə olunan məlumata görə, girov götürülmüş ailənin 4 üzvü uşaqdır. Fransa hökuməti cinayətin törədilməsində “Boko Haram” qruplaşmasının silahlılarını təqsirli sayır. Bu versiyanı Fransa XİN rəhbəri Loran Fabius irəli sürüb. Bəzi məlumatlara görə, girov götürülmüş şəxslər hal-hazırda Kamerunun şimalından Nigeriyaya aparılıb.     

 

Fransa prezidenti Fransua Olland telemüraciətində Fransa vətəndaşlarını qeyd olunan regiona səfərlərini təxirə salmağa çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR