Bank Of Baku

Keniya hakimiyyəti Nayrobidəki ticarət mərkəzinə hücum edən terrorçuların adlarını açıqlayıb

Keniya hakimiyyəti Nayrobidəki ticarət mərkəzinə hücum edən terrorçuların adlarını açıqlayıb
# 05 oktyabr 2013 17:56 (UTC +04:00)

Bakı-APA. Keniya hakimiyyəti Nayrobidəki ticarət mərkəzinə hücum edən terrorçuların adlarını açıqlayıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, 60-dan çox insanın ölümü ilə nəticələnən hücumu Əbu  Baar əl-Sudani, Ömər Nabhan, Həttab əl-Kinə və Umayr törədib.  

 

Bu arada Keniya dövlət telekanalının yayımladığı hadisə yerindən çəkilmiş kadrlarda hücumda 4 silahlı şəxsin iştirak etdiyi əks olunub.  

 

Qeyd edək ki, bundan əvvəl Keniyanın hakimiyyət nümayəndələri bəyan edirdilər ki, hücumda 10-15 terrorçu iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR