APA-nın “Reuters”ə istinadən xəbərinə görə, Keniya Mərkəzi Seçki Komissiyası bütün büllütenlərin sayılmasından sonra U.Keniyattanın 50,03% səs topladığını və birinci turda qalib gəldiyini açıqlayıb.
Onun əsas rəqibi olan baş nazir Rayl Odinqinin qərargahından bildirilib ki, seçkilərin nəticələri ilə bağlı məhkəməyə müraciət edəcəklər.
Qeyd edək ki, U.Keniyatta 2007-ci il seçkilərindən sonra kütləvi iğtişaşların təşkilində və 1200 nəfərin ölümünə səbəb olmaqda ittiham edilir. Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno Okampo ehtimal edir ki, iğtişaşlar zamanı U.Keniyatta “Munqiki” dini-siyasi hərəkatının ekstremistlərinə rəhbərlik edib.