Bakı-APA. Keniyanın paytaxtı Nayrobidə məscidin yaxınlığında baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Bu barədə Beynəlxalq Qırmızı Xaç cəmiyyəti məlumat yayıb.
Partlayış baş verən bölgədə əsasən Somalidən gələn şəxslər yaşayırlar.
Eyni rayonda iki gün əvvəl baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanmışdı.