Bank Of Baku

Konqonun cənubunda baş vermiş toqquşmalarda 5 nəfər ölüb

Konqonun cənubunda baş vermiş toqquşmalarda 5 nəfər ölüb
# 24 mart 2013 03:24 (UTC +04:00)

Bakı-APA. Konqo Demokratik Respublikasının cənub şərqindəki Lubumbaşi şəhərində təhlükəsizlik qüvvələri ilə “May-May” özünümüdafiə dəstələri arasında baş vermiş toqquşmalarda ən azı 5 nəfər ölüb.  

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qeyri-nizami birləşmənin nümayəndələri Yuxarı Katanqa vilayətinin inzibati mərkəzinə girərək polis və hərbçilərə atəş açıb, nəticədə 4 nəfər həlak olub. Cavab atəşi ilə bir nəfər “May-May” dəstə üzvü öldürülüb.

Yuxarı Katanqa vilayətinin qubernatoru qeyd edib ki, insidentdən sonra qeyri-nizami birləşmənin yüzlərlə üzvü BMT-nin nümayəndəliyinə gələrək silahlarını təhvil verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR