Bank Of Baku

Liviya baş nazirinin müşaviri oğurlanıb

Liviya baş nazirinin müşaviri oğurlanıb
# 01 aprel 2013 21:41 (UTC +04:00)

Bakı-APA. Liviya baş naziri Əli Zeydanın müşavirlərindən biri - Əli əl-Katus oğurlanıb.

 

APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, Katus Misrata şəhərindən Tripolidəki ofisinə gələndə avtomobilindən düşürülərək oğurlanıb. Bu barədə Liviya hökuməti məlumat yayıb.

 

Açıqlamada Katusun kimlər tərəfindən oğurlandığı və cinayətkarların tələblərinin nə olduğu bildirilmir. Sadəcə Liviya hökumətinin onun təhlükəsizliyini təmin etmək üçün səy göstərdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR